Şuşaya girmək istəyən sülhməramlıların maşını saxlanıldıbackend

Şuşaya girmək istəyən sülhməramlıların maşını saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Azərbaycan hərbçiləri Şuşaya girən rus “UAZ” maşınını dayandırıblar.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan tərəfinin maşında yoxlama aparması Rusiya əsgərlərini şoka salıb. Bildirilib ki, onların artıq bir ilə yaxındır Qarabağda olmasına baxmayaraq, Azərbaycan əsgərləri onları ilk dəfə yoxlayıblar.

Sözügedən proses KİV-in Ermənistan seqmentində ciddi etiraz və narahatlığa səbəb olub.

Onlar bildiriblər ki, sülhməramlıların eks-komandanı Rüstəm Muradovun gedişindən sonra yeni təyin olunan general-mayor Mixail Kosobokovun kontingentə rəhbərlik etməsi Azərbaycanın “xeyrinədir”.

Lakin erməni kütləsi bilməlidir ki, onlardan fərqli olaraq istənilən rus silahlısının öz torpağında olmasını istəmir. Azərbaycanın xeyrinə olan yalnız sülhməramlılarsız və erməni diversantlarından təmizlənmiş Qarabağdır.