Şuşaya işləməyə gedən 2 nəfərin avtomobili qəzaya düşübbackend

Şuşaya işləməyə gedən 2 nəfərin avtomobili qəzaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə və Qazax sakinləri avtomobil qəzasında xəsarət alıblar.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, minik avtomobili traktorla toqquşub.

Nəticədə minik avtomobilində olan Şuşa şəhərinə çalışmağa gedən Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü P.Əliyev və Qazax rayon sakini 2001-ci il təvəllüdlü B.Bayramov xəsarət alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Hər ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.