Suyu kəsilən Xətai sakinlərinə şad xəbər!backend

Suyu kəsilən Xətai sakinlərinə şad xəbər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində yaranmış problem aradan qaldırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, artıq mənzillərə suyun verilişi bərpa olunub:

“Bir neçə saat ərzində hidravlik sistem tənzimlənəcək. Abonentlərə içməli suyun verilişi tam təmin ediləcək”.

Qeyd edək ki, ötən gün baş verən qəzaya görə rayonun Aşıq Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çingizxan Kərimov, Qədir Məmmədov, Məhsəti, Sadıqcan, Polad Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhmədli, 7-ci Əhmədliyə içməli suyun verilişi dayandırılmışdı.