Tacikistan və Qırğızıstan sülh protokolu imzaladıbackend

Tacikistan və Qırğızıstan sülh protokolu imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan və Qırğızıstan arasında sülh protokolu imzalanıb.

NOCOMMENT.az xəbər verir ki, iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri Tacikistanda “Guliston” sərhəd-keçid məntəqəsi ərazisində görüşüblər.

Tərəflər atəşkəs rejiminə riayət olunmasının vacibliyini vurğulayıblar.

Komitə rəhbərləri sərhədyanı rayonların sakinlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilməsi haqda yekdil fikrə gəliblər.

İclas üç bənddən ibarət protokolun imzalanması ilə başa çatıb. Beləliklə, qoşunların sərhəddən daimi dislokasiya yerlərinə çıxarılması nəzərdə tutulur.