Tadevosyan: Hələ onlarla erməni əsgərinin meyiti Qarabağda qalıbbackend

Tadevosyan: Hələ onlarla erməni əsgərinin meyiti Qarabağda qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş 30 erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Fikrimizcə, hələ onlarla meyit müharibə baş vermiş Qarabağ ərazilərindədir. Axtarışlar davam edir”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Meyitlərin kimliyini müəyyən etmək üçün DNT analizləri götürülərək ekspertizaya göndərilib.

Sonda qeyd edək ki, noyabrın 13-dən indiyədək 1 281 erməni əsgərin cəsədləri və qalıqları tapılıb.