Tahir Kərimli: Baş verənlərə nazir Anar Kərimov cavabdehdirbackend

Tahir Kərimli: Baş verənlərə nazir Anar Kərimov cavabdehdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mədəniyyət Nazirliyində DTX tərəfindən əməliyyat keçirilməsi, nazirin birinci müavini barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbirinin seçilməsi olduqca ciddi məsələdir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri pravda-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O əlavə edib: “Ciddi iddialar var. Nazirlikdə büdcənin talanması, yeyib-dağıdılması, kadr siyasətində əyintilər, ixtisası olmayan şəxslərin vəzifəyə gətirilməsi, qeyri-qanuni məsələlər baş alıb gedir. Bu barədə həddindən çox məlumatlar var. İstər mərkəzi aparatda, istər nazirliyin regional idarələrində, xüsusən Gəncə və Gəncəbasar zonasında xeyli qanunsuzluqların, əyintilərin olması haqqında yazılar paylaşılır. Kadr siyasəti ilə bağlı çox ciddi ittihamlar irəli sürülür.

Əlbəttə, bütün bunlara nazir Anar Kərimov da cavabdehdir. Özü bu məsələlərə reaksiya verməli, məlumat yaymalı, qiymətləndirməlidir”.

Deputat bildirib ki, birinci şəxs hər şeydə məsuliyyət daşıyır: “Anar Kərimov ya deməlidir ki, birinci müavininin etdiyi əməllərdən xəbəri yoxdur, ya da xəbəri varsa, əlindəki məlumatları təqdim etməlidir. Ola bilər ki, ictimaiyyətə elan edilməsi qadağan olan məlumatlar var. Amma buna inanmıram, çünki Mədəniyyət Nazirliyi elə bir qurum deyil ki orda dövlət sirrinə aid nəsə olsun. Kim təqsikardırsa, məsuliyyətə cəlb olunmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini çıxmaqla, başqa nazirliklərdə aparılan yoxlamaların nəticəsində həmin nazirliklərin rəhbərləri həbs olunmayıblar. Mədəniyyət Nazirliyində də, təbii ki, müəyyən şirniklənmə olub, yəni “birinci şəxs özünü qoruyursa, öz adamlarını da qoruya bilər”.

Konkret məhkəmə, yaxud istintaq orqanının funksiyasını daşıyıb nazir haqqında bir söz deyə bilmərəm. Araşdırmaların nəticəsində hər şey aydınlaşacaq. Hər bir halda nazirlik baş verənlərlə bağlı heç olmasa bəyanatla çıxış etməlidir”.