Tahir Kərimli: “Mütləq Qərbi Azərbaycana Qayıdış Dövlət Komissiyası yaranmalıdır”backend

Tahir Kərimli: “Mütləq Qərbi Azərbaycana Qayıdış Dövlət Komissiyası yaranmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sentyabrın 2-də qondarma “Artsax”ın yubileyi keçirilib. Qondarma mühacir hakimiyyəti yaradılıb. Maraqlısı budur ki, həmin tədbirlərdə Ermənistan dövləti tərəfindən guya dəstək yoxdur. Əslində onlara dəstək var. Birdəfəlik Qarabağa qayıdış proqramını qəbul etdirmək istəyirlər. Qərbdəki müəyyən siyasi qüvvələrdən, dövlətlərdən dəstək alırlar. Çox maraqlıdır ki, qərbi azərbaycanlıların ora qayıdışını inkar edirlər, qəbullanmırlar, bu cür bəyanat verirlər. Doğrudur, Qərbi Azərbaycan təşkilatımız var. Müəyyən işlər görür, bu məsələlərlə bağlı bəyanatla da çıxış edir. Hesab edirəm, bu, kifayət deyil. Çünki ermənilərin separatizmi daim ortada olub. Ermənistan Azərbaycanla danışıqlarda boynuna götürüb ki, bu cür separatçı qüvvələrə beynəlxalq hüquqa zidd fəaliyyət göstərməyə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmağa imkan verməyəcək. Amma onlar əksinə, bütün bunlara davam edirlər. Ermənistan hökuməti də buna göz yumur…” 

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Mütləq Qərbi Azərbaycana Qayıdış Dövlət Komissiyası yaranmalıdır. Yəqin ki, yeni tərkibdə olacaq. Bu məsələ Milli Məclisin ilk iclaslarından birinin gündəliyinə salınmalıdır. Hətta nəinki Komissiya, xüsusi Komitə yaranmalıdır. Bu Komitə qərbi azərbaycanlıların tarixi vətənə qayıdışını təmin etmək üçün ciddi fəaliyyət göstərməlidir. Qərbi Azərbaycan Təşkilatının rəhbəri Əziz müəllimdən və digərlərindən xahiş edirəm ki, buna təşəbbüskar olsunlar, parlamentdə belə Komissiya yaradılsın. Artıq vaxtıdır. Bizim Qarabağla bütövləşməyimiz bütün Azərbaycanın bütövlüyünün ilk qaranquşu, açılışıdır. Yavaş-yavaş bütöv Azərbaycan uğrunda mübarizə aparmaq lazımdır”, – sabiq deputat bildirib.