Tahir Rzayev 1 manatlıq şirkətə 123 min manat köçürə bilərbackend

Tahir Rzayev 1 manatlıq şirkətə 123 min manat köçürə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlı Su Meliorasiya Sistemləri İdarəsinin tenderini nizamnamə kapitalı 1 manat olan şirkət uddu.

Saatlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi cari təmir işləri üçün tikinti materialları və nasos avadanlıqlarının satın alınması üzrə tenderin qalibini müəyyənləşdirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “LEADS GROUP SUPPLY” MMC olub. Tərəflər arasında 122 min 655,57 AZN bağlanacağı gözlənilir.

Qeyd edək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 1 manatdır.

Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevdir.