Taksi sürücüləri barədə məlumatların siyahısı təsdiq edilibbackend

Taksi sürücüləri barədə məlumatların siyahısı təsdiq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı təsdiq edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:

– taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;

– taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);

– taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

– taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

– daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;

– taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

– taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

– taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur – sifarişi qəbul edir, məşğuldur – sərnişin daşıyır, məşğuldur – sərnişin
daşımır və sifariş qəbul etmir);

– taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;

– taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.