Taksi sürücülərinə test imtahanı zamanı hansı suallar düşüb?backend

Taksi sürücülərinə test imtahanı zamanı hansı suallar düşüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçirilib.

 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ilk dəfə keçirilən imtahan elektron qaydada aparılıb. Prosesə Yerüstü Nəqliyyat Agentliyi, həmçinin xüsusi peşə məktəbləri nəzdində fəaliyyət göstərən kurslarda hazırlıq keçmiş sürücülər buraxılıblar.

 

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən test tapşırıqları təqdim edilib. Sürücülər təqdim edilən test tapşırıqlarının asan olduğunu bildiriblər.

 

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə bildirib ki, imtahanda iştirak etmək üçün 1434 namizəd qeydiyyatdan keçib. Onlardan 1394 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

 

Xanlar Xanlarzadə deyib ki, müsabiqədən keçmə bilməyən sürücülər üçün imtahanın yenidən təşkil olunması nəzərdə tutulur.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.