Taksi sürücülərinin DİQQƏTİNƏ – təlimə getmədən pulunu verib şəhadətnamə ALMAYIN – VİDEObackend

Taksi sürücülərinin DİQQƏTİNƏ – təlimə getmədən pulunu verib şəhadətnamə ALMAYIN – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təlimdə iştirak etmədən pul müqabilində sənədlərin verilməsinə aldanmayın. Çünki şəhadətnamələrin saxta və ya həqiqi olması yoxlanılacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyi pulla şəhadətnamə almaq istəyən taksi sürücülərinə xəbərdarlığında bildirib.

Agentlikdən “Xəzər Xəbər”ə verilən məlumata görə, son günlərdə taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən, müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur. Məhz bu səbəbdən də Yerüstü Nəqliyyat Agentliyi taksi sürücülərinə müraciət edib.

Agentliyin rəsmisi şəhadətnamənin saxta olub-olmamasının necə aşkar edilməsi məsələsinə də aydınlıq gətirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.