Tale Bağırzadənin sudan da imtina etdiyi bildirilirbackend

Tale Bağırzadənin sudan da imtina etdiyi bildirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə və Abbas Hüseyn 3 gündür aclıq aksiyası keçirirlər, Tale Bağırzadənin dünəndən sudan da imtina etdiyi deyilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ictimai fəallar məlumat paylaşıblar.

Qeyd edək ki, T.Bağırzadənin müavini Elçin Qasımov bildirib ki, Tale Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlayıb.

“Tale Bağırzadənin aclıq aksiyasına başlamasının səbəbi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allahın söyülməsi, təhqir edilməsidir. Tale Bağırzadə dedi ki, işgəncə verənlərin müqəddəsata təhqirlərinə etiraz olaraq bu addımı atmaq məcburiyyətindədir. Bütün bunlar bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbuledilməz addımdır”, – deyə Elçin Qasımov bilddirib.

Onun sözlərinə görə, Tale Bağırzadə bu cinayəti törədənlər cəzalanana qədər aksiyasını davam etdirəcəyini söyləyib.