Talıb Əlixanbəyovun oğlunun şirkəti yenidən məhkəmə qarşısındabackend

Talıb Əlixanbəyovun oğlunun şirkəti yenidən məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATEF Şirkətlər Qrupu” MMC barəsində inzibati iş başlanıb.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (On beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılması) maddəsi ilə ittiham olunur.

İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Dekabtın 11-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Nərminə Rzayevanın sədrliyi ilə keçiriləcək.

499.1.1-ci maddəyə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir

ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib.

ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir. Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb. Şirkətin Müşahidə Şurasını sədri Talıb Əlixanbəyov olsa da, qurumun qanuni təmsilçisi, onun oğlu Əlixanbəyov Emil Talıb oğludur.