Taliban Əfqanıstanda canlı varlıqların təsvir olunduğu görüntüləri mediada yayımlanmasını qadağan etməyi planlaşdırır.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Taliban rəsmisi Seyful İslam Hayber bunun (canlı varlıqların mediada əks olunmasını) İslam hüququna zidd olduğunu və qadağanın mərhələli şəkildə tətbiq ediləcəyini açıqlayıb.
Yeni qanun canlı varlıqların görüntülərinin yayımlanmasını, İslama və şəriət hüququna zidd olan məzmunların paylaşılmasını qadağan edir.
Bu qanun bəzi hallarda hələ tam tətbiq edilməsə də, Taliban 2021-ci ildən bəri media üzərində ciddi məhdudiyyətlər qoyur.
Qeyd edək ki, Əfqanıstan bu kimi qanunlarla mətbuat azadlığı reytinqində 180 ölkə arasında 122-ci yerdən 178-ci yerə düşüb.