Taliban hökuməti İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırıbbackend

Taliban hökuməti İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quranın yandırılmasına icazə verdiyi üçün İsveçin Əfqanıstandakı bütün fəaliyyətləri  dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabında paylaşım edib.

O bildirib ki, müsəlmanlardan üzr istəyənə qədər fəaliyyətləri bərpa edilməyəcək.

Quranın yandırılmasını təkəbbürlü bir hadisə kimi qiymətləndirən Mücahid bütün İslam ölkələrinin İsveçlə münasibətlərinə yenidən baxmalı olduqlarını bildirib.

Xatırladaq ki, taliban 15 avqust 2021-ci ildə Əfqanıstanı ələ keçirdikdən sonra İsveç də daxil olmaqla bir çox xarici ölkə Kabildəki nümayəndəliklərini bağlasa da, İsveçin bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirib.

Digər tərəfdən, İsveçin paytaxtı Stokholmda 28 iyunda İraq əsilli Salvan Momika Stokholm məscidi qarşısında polisin himayəsi altında Quranı yandırıb.