Taliban İrana bəndləri yoxlamağa icazə verməyəcəkbackend

Taliban İrana bəndləri yoxlamağa icazə verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban İran texniki qruplarının suyun səviyyəsini təyin etmək üçün Əfqanıstan bəndlərini yoxlamağa icazə verməyəcəklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Talibanın müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini və Talibanın aparıcı simalarından biri Şir Məhəmməd Abbas Stanekzai bu barədə açıqlama verib.

O, “Əfqanıstan İnternational” kanalına İranla Hilmand çay üzərindəki suyun paylaşılması ilə bağlı son günlər yenidən şiddətlənən gərginlik haqqında danışıb.

Əfqanıstan və İran arasında 1973-cü ildə imzalanan su paylaşımı müqaviləsinə sadiq olduqlarını bildirən Stanekzai, son illərdə ölkədə güclü quraqlıq olduğunu, lakin kifayət qədər su olduğu təqdirdə İranın layiq olduğu payı alacağını qeyd edib.

Stanekzai, hərbi zonalar kimi bəndlərin də hər bir ölkənin şəxsi və milli məsələsi olduğunu bildirərək, İran hökumətinin Kaceki bəndində yoxlamalar aparmaq üçün onlara bağlı texniki komitənin yaradılması tələbinə də cavab verib.

“Heç bir ölkə başqasına bəndlər kimi həssas nöqtələri yoxlamağa icazə vermir. Bizə də icazə verməzdilər. Onlara heç bir halda Kaceki bəndində tədqiqat aparmağa icazə verə bilmərik. Su olsa, haqqlarını verərik. Olmayanda isə şikayət etməsinlər. Üstəlik, onlar həmişə öz paylarını alıblar. Hətta bu il onlar su hüququnu əldə ediblər”.

NOCOMMENT.AZ