Talibanın gəlişi Azərbaycana nə vəd edir?backend

Talibanın gəlişi Azərbaycana nə vəd edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstanda Taliblərin hakimiyyəti çox asanlıqla, demək olar ki, heç bir qan tökmədən ələ keçirməsi ABŞ-ın dünyadakı imicinə ölümcül zərbə vurdu. 20 il işğal altında saxladığın Əfqanistanda 1 trilyon dollar pul xərcləyəsən, axırda 30 gün ərzində ölkəni ekstremal fundamentalislərə verəsən, demokratiyanın kiçik bir elementinin qələbəsinə nail ola bilməyəsən – möcüzədir. Bu möcüzəni yaradanlar sözsüz ki, böyük güc sayıla bilməz. 1 trilyonun nə olduğunu təsəvvür etmək çox çətindir. Müqayisə üçün Azərbaycan kimi bir ölkənin 50 illik dövlət büdcəsinə bərabərdir. Bu 20 il ərzində azı 3 dəfə talibanların nəhayət kökünü kəsdik bəyanatını verəsən, sonra 30 gün ərzində az qala 250 milyard dollarlıq , silah sursatını, hərbi vertalyotları qoyub qaçasan bu heç derjavaya yaraşmaz”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, eks-spiker Rəsul Quliyev “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsinə münasibət bildirərkən belə deyib. Qeyd edib ki, Taliblər qələbə çalan kimi RF və Çin Xalq Respublikası Talibanın tərəfinə keçdi: “Çin Talibana iqtisadiyyatını bərpa etmək və inkişaf etməkdə kömək edəcəyini söylədi. Bu işi görəcək. Əfqanistanda çox böyük ehtiyatı olan qaz yataqlarını mənimsəyəcək. Rusların orada görünməyə heç bir gücü yoxdur. Ancaq ətrafında yerləşən Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikstan, Azərbaycan, Ermənistanı daima qorxu içərisində saxlayacaq, onlardan hər il, məsələn, səni düşmənlərdən qoruyuram adı altında açıq-aşkar rüşvət alacaq. Bu maddə altında RF hər il azı 50 milyard dollar rüşvət almağa çalışacaq. Onun da 5 milyardını Talibanlara verəcək və xahiş edəcək haqqını verirəm, mənimlə işin olmasın. Amerikanın əfqan tənəzzülü İranın ABŞ və Qərbin təhdidlərinə əhəmiyyət verməməyə gətirib çıxardacaq. İraq və Suriyanın Rusiyaya hörməti artacaq. ABŞ-a inamları azalacaq. İraq şiyələri ABŞ qoşunlarını İraqdan qovub çıxarmağa çalışacaqlar. Taliblərin qalib gəlməsi RF və Çini gücləndirdi. Orta Asiya ölkələri və Azərbaycanı daima təşviş içərisində yaşamağa məcbur etdi. İran ABŞ-ın hədələrinə çox kəskin cavablar verəcək. Belarusa verilən sanksiyalar əhəmiyyətsiz kağız parçasına çevrilir və istənilən vaxt RF Belarusu işğal edəcək”.

Rəsul Quliyevin fikrincə, Türkiyə, Orta Asiya ölkələri və Azərbaycan Pakistanla birlikdə təcili ittifaq yaratmalıdır. Bu prosesi uzatmaq daha acınacaqlı nəticə verə bilər.