Talıbovdan sonra Naxçıvanda bu ödəniş üsulu BƏRPA OLUNDUbackend

Talıbovdan sonra Naxçıvanda bu ödəniş üsulu BƏRPA OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda terminallarda elektrik enerjisinin istehlakına görə ödənişlərin edilməsi bərpa olunub.

NOCOMMENT.az xəbər verir ki, Naxçıvanda ödəniş terminallarından digər ödənişləri həyata keçirmək mümkün olsa da, smart kart tipli sayğaclar üçün elektrik və təbii qaz yükləmək mümkün olmurdu.

Bu isə abunəçilər üçün çətinliklər yaradırdı. Məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemlərin aradan qaldırılmasına başlayıblar.

Artıq Naxçıvan şəhərindəki ödəniş terminalları vasitəsilə öncədən ödənişli elektrik kartlarını yükləmək mümkündür. Lakin mavi yanacağa görə ödənişlər hələ də mümkün deyil.

Məsələ ilə bağlı “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, energetika xidmətinə aid ödənişlər termiallara yenidən inteqrasiya olub, təbii qazdan istifadəyə görə ödənişlərlə bağlı isə işlər davam edir. Bildirilib ki, məsələ qısa zamanda öz həllini tapacaq.

Report