Tam peyvənd olunanların sayı milyonu keçdibackend

Tam peyvənd olunanların sayı milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün 38 076 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 302 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 915 954, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 908 805, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 007 149 nəfər təşkil edir.