Tanınmış ağciyər həkimi koronavirusdan öldübackend

Tanınmış ağciyər həkimi koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun koronavirusa yoluxmuş həkim-bronxoloqu Faiq Ağayev vəfat edib.

NOCOMMENT xəbər verir ki, 70 yaşlı həkim bu gecə müalicə aldığı ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında həyatla vidalaşıb.

O, klinikaya iyunun 26-da yerləşdirilmişdi. Xəstəxanaya aparılarkən vəziyyəti ağır olub. Həkimlərin birhəftəlik səyi nəticəsiz qalıb və bu gecə saat 3-də vəfat edib.

Qeyd edək ki, Faiq Ağayev Milli Vərəm Proqramının rəhbəri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsində çalışıb. O, 2009-cu ilədək bu vəzifəni icra edib.

Xatırladaq ki, Baku.Ws bir neçə gün əvvəl Ağciyər Xəstəlikləri İnstitutunun işçiləri arasında kütləvi yoluxma barədə məlumat vermişdi.