Tanınmış aktyor öz restoranında güllələndi: Vəziyyəti ağırdırbackend

Tanınmış aktyor öz restoranında güllələndi: Vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sıfır Bir” serialı ilə tanınan məşhur türkiyəli aktyor Tümer Adakaner Adanada restoranına edilən silahlı hücum nəticəsində ağır yaralanıb.

NOCOMMENT.az sfera.az-a istinadən xəbər verir ki, aktyor kürəyindən güllələnib.

Ağır yaralanan Tümer Adakaner müalicə üçün xəstəxanaya aparılıb və vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ötən gün Seyhan rayonunun Döşeme məhəlləsindəki restoranda baş verib. Tümer Adakaner iş yerində çay içərkən yanına papaqlı bir kişi gəlib. Əvvəlcə ünvanı soruşan şübhəli daha sonra silahla Adakaneri kürəyindən vuraraq qaçıb.

Polis qaçan şəxsin tapılması üçün əməliyyatlara başlayıb.