Tanınmış aparıcıdan TƏBİB-ə haqlı irad: Niyə maska taxmırsınız?backend

Tanınmış aparıcıdan TƏBİB-ə haqlı irad: Niyə maska taxmırsınız?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Aytən Səfərova Operativ Qərargahın ötən gün keçirilən brifinqini tənqid edib.

NOCOMMENT xəbər verir ki, o, brifinq zamanı səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev, TƏBİB-in departament müdiri Yaqut Qarayevanın maskadan istifadə etməməsini qınayıb.

“İkiniz də qapalı məkanda oturmusunuz. Niyə maska taxmamısınız? Özləri niyə tibbi maska taxmırlar? Bütün yayı maskada xəbərlər apardım, səsim çox aydın eşidilirdi”, – deyə A.Səfərova bildirib.