Tanınmış doktor Leyla Əliyevanın qanvermə aksiyasına qoşuldu-Videobackend

Tanınmış doktor Leyla Əliyevanın qanvermə aksiyasına qoşuldu-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın qan köçürülməsinə ehtiyac duyan və qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə çağırışına və TƏBİB rəhbərliyinin bu məzmunda çıxışına cavab olaraq, Ağrı Müalicə Mərkəzinin rəhbəri, Alqoloq-Ağrı həkimi Dr. Vüsal Eyvazov da Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan bankında keçirilmiş qanvermə aksiyasında iştirak edib.

Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verən və qan verməyin faydalarını da vurğulayan Dr. Vüsal Eyvazov eyni zamanda dünyada koronaviorus pandemiyasının geniş yayıldığı bir dövrdə qan verməyə çəkinən insanlara çağırış edib.

Alqoloq-Ağrı həkimi Dr. Vüsal Eyvazov: “Əziz dostlar, koronavirus səbəbi ilə qan donorları xəstəxanaya getməkdən çəkinirlər. Məhz bu səbəbdən Talassemiya xəstəsi olan insanlar üçün həyati təhlükə yaranıb. Sizdən bir həkim kimi xahiş edirəm ki, bu məsələyə biganə qalmayasınız. Mərkəzi Qan Bankında qan ehtiyyatı tükənərsə, canı, qanı bizdən asılı olan insanlar həyatlarını itirə bilərlər. Biz də bunu nəzərə alaraq #həyatver #EvdəQalaraqYaşat kampaniyasına qoşularaq getdik və qan verdik.

Qeyd edək ki, təhlükəli heç bir məqam yoxdur, hamı çöldə ara məsafə gözlənilməklə durub növbə ilə qan vermə otağına gedir.
Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirik.

Evdən çıxan zaman 1 və şəxsiyyət vəsiqənizin seriya nömrəsini yazıb 8103 göndərin.
DİQQƏT : Mərkəzi Qan Bankında qan verərkən “biz bu qanı Talassemiyadan əziyyət çəkən insanlar üçün veririk” deməyiniz kifayətdir”.