Tanınmış həkim faciəvi şəkildə öldübackend

Tanınmış həkim faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov bədbəxt hadisə nəticəsində vəfat edib.

NOCOMMENT.az medicina.az-a istinadən xəbər verir ki, o, Şamaxıdakı evində qaz sızması nəticəsində dünyasını dəyişib.

Hadisə baş verən vaxt G.Məmmədovun evdə tək olduğu bildirilib.

Məlumata görə, həkim Bakıdan ezamiyyətə yola düşüb, bir gün Şamaxıdakı bağında qalıb oradan Gəncəyə getməyi planlaşdırırmış.