Biləsuvarda tanınmış həkim Bayraməli Bayramov vəfat edib.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar rayon mərkəzi xəstəxananın təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkimi Bayraməli Süleyman oğlu Bayramov ürək tutmasından vəfat edib.
B.Bayramov uzun müddət Nərimankənd kəndinin həkim məntəqəsinin baş həkimi vəzifəsində çalışıb. Son illərdə isə o, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərib.

Qeyd edək ki, 70 yaşlı terpevt-həkim ömrünün təxminən 45 ilini rayon sakinlərinin sağlamlığının keşiyində dayanaraq onların müalicəsinə və qayğısına həsr edib.
Aliyə,
NOCOMMENT.az










