Dünən Quba rayonunda 38 yaşlı həkim Şamo Mehdiyevin yamac paraşütü ilə uçarkən faciəli şəkildə ölməsinin bəzi detalları üzə çıxıb.
NOCOMMENT.az Qafqazinfonun əldə etdiyi məlumata görə, hadisə saat 17 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.
Laçın rayon sakini olan Şamo paraşütlə enərkən iplər bir-birinə dolaşıb. Nəticədə həvəskar idmançı təxminən 10-15 metr hündürlükdən yerə sərt şəkildə düşüb və onun ayaqları qırılıb.
Ş.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, Ş.Mehdiyevin xəsarəti ölümcül olmayıb, lakin o, travmatik şoka düşüb və bu səbəbdən vəfat edib.
Qeyd edək ki, Ş.Mehdiyev stomatoloq olub və həvəskar şəkildə yamac paraşütçülüyü ilə məşğul olurmuş.