Tanınmış jurnalist ona verilən evi şəhid ailəsinə bağışladıbackend

Tanınmış jurnalist ona verilən evi şəhid ailəsinə bağışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsi tanınmış telereportyor Şakir Eminbəyli 2018-ci ildə”Jurnalistlər Evi”ndə ona verilən mənzili şəhid ailəsinə bağışlayıb.

NOCOMMENT.az xəbər verir ki, Eminbəyli bu barədə “Facebook” hesabında məlumat verib.

“2018-ci ildə “Jurnalistlər Evi”ndə mənə ayrılan mənzili şəhid ailəsinə verirəm. Şərhə ehtiyac yoxdur. Hər kəsə təşəkkür” 

Qeyd edək ki, bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndələrinin jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezidentə müraciəti jurnalistlər arasında müzakirə mövzusuna çevrilib.