Tanınmış jurnalist vəzifədən azad edildi – SƏBƏBbackend

Tanınmış jurnalist vəzifədən azad edildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov tutduğu vəzifədən azad edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Tural Müseyibov özünün feysbuk hesabında məlumat yerləşdirib. O bildirib ki, tezliklə yeni iş yeri barədə xəbər paylaşacaq.

Xatırladaq ki, T.Müseyibov bir neçə gün əvvəl Qarabağ döyüşlərində şəhid olmuş LGBT üzvü Şaiq Kəlbiyevi təhqir etdiyi üçün sosial şəbəkələrdə sərt tənqid olunmuşdu. Sonradan Müseyibov məsələ ilə bağlı fikirlərinin yanlış anlaşıldığını demişdi.