Tanınmış müğənni Roza Zərgərliyə VƏZİFƏ VERİLDİbackend

Tanınmış müğənni Roza Zərgərliyə VƏZİFƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərliyə yeni vəzifə verilib. 

NOCOMMENT xəbər verir ki, Manşet.az-ın əldə etdiyi məlumata görə, Roza Zərgər qızı Allahverdiyeva “Kanal S” televiziyasının Baş prodüseri təyin olunub.

Qeyd edək ki, “Kanal-S” 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı idi.Televiya kanalı  2022-ci ildən  ümumrespublika yayımına başlayıb.

Xatırladaq ki, 19 sentyabr 2016-cı il tarixindən etibarən “Kanal-S” olan telekanalın adı dəyişdirilərək “ARB Şəki” olub. 8 yanvar 2022-ci il tarixindən etibarən “ARB Şəki” adı dəyişdirilərək yenidən televiziya  “Kanal-S” adlandırılıb.