Tanınmış politoloqunun səhhətində problem yaranıbbackend

Tanınmış politoloqunun səhhətində problem yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış politoloqu, professor Qabil Hüseynlinin səhhətində ciddi problemlər yaranıb.

NOCOMMENT xəbər verir ki, politoloq report-a açıqlamasında bildirib ki, təxminən, bir müddət əvvəl tənginəfəslik problemi yaşadığından xəstəxana şəraitində müalicə alıb.

“Ongünlük müalicə müddətindən sonra səhhətimdə irəliləyişlər oldu. Çox şükür özümü əvvəlki kimi olmasa da, nisbətən yaxşı hiss edirəm. Səsim də batmışdı, artıq o da qaydasına düşür. Müəyyən qədər də öskürürdüm. Baxmayaraq ki, hər zaman idmanla məşğul olmuşam, sağlam həyat tərzi sürmüşəm. İndi özümü normal hiss edirəm və fəaliyyətimi davam etdirirəm”, – deyə 69 yaşlı poltoloq əlavə edib.