Tanınmış tarixçi yeni vəzifəyə təyin edildibackend

Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin baş elmi işçisi vəzifəsinə təsdiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə açıqlamasında tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.

“Güntəkin Nəcəfli uzun illərdir ki, Tarix və Etnologiya İnstitutunda çalışır. Prezident İlham Əliyevin 2012-ci il 25 may tarixli Sərəncamı ilə o, Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə əlaqələri” mövzusunda namizədlik dissertasiyası, 2024-cü ildə isə “Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq fəaliyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun elmi rəhbəri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur. Güntəkin xanımı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!”, – tarixçilər bildiriblər.\\ Modern.az