Tanınmış aktyora ağır itki – FOTOLARbackend

Tanınmış aktyora ağır itki – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı onun yaxınları yayıb.

Qeyd olunur ki, Nailə Əkbərova Tanınmış diktor Roza Tağıyevanın bacısı qızı olub.

1963-cü ildə Şamaxıda anadan olan Nailə Əkbərova uzun illər Azərbaycan televiziya məkanında fəaliyyət göstərib. O, ATV və “Space” kanallarında çalışıb, son illərdə isə “TRT Avaz”da yayımlanan “Qafqazlara əsən yellər” verilişinin müəllifi və aparıcısı olub.

***

Nailə Əkbərova tanınmış gənc aparıcı, aktyor Sənan Əlləzin qaynanasıdır.

Xatırladaq ki, Azərbaycan aktyorlar agentliyinin siması olan Sənan Əlləz çoxsaylı filmlərdə rol alıb.

Sənan Əlləz “Şeyx Sənan” çoxseriyalı bədii filmində “Şeyx Sənan” rolunda, “Köşk” bədii filmində baş rolda, “Tağıyev” bədii filmində isə  baş rollardan birini oynamaqla kinosevərlərin rəğbətini qazanıb.