Tanınmış hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət Xidmətində şöbə müdiri vəzifəsinə təyinat alıb.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, xidmətin səlahiyyətləri çərçivəsində İstehlakçıların hüquqlarının müdafiəsi ona həvalə edilib.
R.Qaraşov Dövlət Xidmətində daha əvvəl Hüquq şöbəsinin Normativ hüquqi təminat sektorunun müdiri vəzifəsinə təyinat alımışdı.