Tanınmış xanəndələr nazirliyin qərarına qarşı səslərini qaldıracaqlarmı?backend

Tanınmış xanəndələr nazirliyin qərarına qarşı səslərini qaldıracaqlarmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xanəndəlik kursu üzrə yeni təyin edilən proqramla tələbələr heç nə öyrənə bilməyəcək. İki ilə muğam öyrənmək olar? Xanəndəlik kursu ən azı 3 il olmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Asəf Zeynallı adına Musiqi Kolleçinin Xalq Çalğı Alətləri Şöbəsinin müdiri Yaqub Manafov Təhsil Nazirliyinin Asəf Zeynallı adına Musiqi Kollecində xanəndəlik kursunun 3 idlən 2 ilə endirilməsi ilə bağlı qərarına etirazında deyib.

Şöbə müdiri bütün xanəndələri bu qərara etiraz etməyə çağırıb:

“Xanəndə sinfi 4 illik təhsil idi, sonra onu 3 ilə endirdilər. İndi 3 ili iki ilə endiriblər. Amma bunu 3 il kimi saxlamaq olardı. Çünki uşaqlar qoyulan proqramı mənimsəməlidir. İki ilə xanəndəlik proqramını mənimsəmək olmayacaq. Muğam çətin peşədir. Hamı bu məsələyə etiraz etməlidir, mən də onların arasında”.

Şöbə müdiri olaraq sözü gedən qərarla bağlı hansı qurumlara etiraz etmisiniz sualına Yaqub Manafovun cavabı belə oldu:

“Mən kimə etiraz edim, nə istəyirlər, onu da edirlər. Mən etiraz etsəm, qulaq asacaqlar? Bunu işqlandırın, bütün jurnalistlərə müraciət edirəm. Burada dərs deyən müəllimlərimizin hamısı Xalq və Əməkdar fəxri adı alan xanəndələrdir, məsələ ilə bağlı onların hər birinə məlumat verilib. Hamısı da tanınmış xanəndələrdir, etirazlarını bildirsinlər”.