Tanışına 62500 manat “atan” şəxslə bağlı məhkəmə qərarı açıqlandıbackend

Tanışına 62500 manat “atan” şəxslə bağlı məhkəmə qərarı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Baxışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Natiq Baxışov tanışı, zərərçəkmiş M.Əskərovun oğlunun barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq olunan cinayət işini xitam etdirəcəyinə dair yalandan vəd verib. O, 2022-ci ildə müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində zərərçəkmişin ümumilikdə 62 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Baxışov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.