“Tank biatlonu”: Yarımfinal mərhələsi keçirildibackend

“Tank biatlonu”: Yarımfinal mərhələsi keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Alabino hərbi poliqonunda avqustun 24-də “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Bu barədə NOCOMMENT.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tankçılarımız yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparıblar.

Mərhələnin nəticəsinə əsasən Çin, Qazaxıstan və Azərbaycan tankçıları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.