Tank göndərməyə ehtiyac qalmadı – fransız jurnalının zəlzələyə şərhibackend

Tank göndərməyə ehtiyac qalmadı – fransız jurnalının zəlzələyə şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransız Charlie Hebdo jurnalı Kahramanmaraşdakı zəlzələlərlə əlaqədar ictimai mediada çirkin paylaşımıyla böyük əks-səda doğurdu.

NOCOMMENT xəbər verir ki, daha əvvəl Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz karikaturalar dərc etdirən “Charlie Hebdo” bu dəfə Türkiyədə minlərlə insanın həyatını itirdiyi zəlzələləri nifrət ifadələri ilə karikatura edib.

Jurnalın Twitter hesabında “Türkiyədə zəlzələ” başlıqlı yazıda çökən binalar və aşmış avtomobilin yer aldığı rəsmdə “Tank göndərməyə ehtiyac yoxdur” yazılıb.

Jurnalın “günün rəsmi” qeydi ilə paylaşdığı nifrət dolu yazı sosial mediada böyük əks-səda doğurub.