Tanzaniyada torpaq sürüşməsi nəticəsində 63 nəfər ölübbackend

Tanzaniyada torpaq sürüşməsi nəticəsində 63 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanzaniyanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 63 nəfər ölüb, 116 nəfər yaralanıb.

NOCOMMENT.az Trend.az-a istinadən bildirir ki, bu barədə “AFP” agentliyi xəbər verib.

Ölkənin baş naziri Kasim Macalivanın sözlərinə görə, ölənlər arasında 23 kişi, 40 qadın var.

Dekabrın 3-də “AFP” bildirib ki, hadisə nəticəsində 47 nəfər ölüb, 85 nəfər yaralanıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.