Tapılan pul və qiymətli əşyalar hərbçilərə təhvil verilibbackend

Tapılan pul və qiymətli əşyalar hərbçilərə təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayda axtarış-xilasetmə işlərinə qatılan Dənizli Böyükşəhər Bələdiyyəsi yanğınsöndürənləri dağıntılar altından tapdıqları pul və qiymətli əşyaları təhlükəsizlik qüvvələrinə təhvil verib.

NOCOMMENT xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan 11 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

Türkiyənin hər yerindən axtarış-xilasetmə qruplarının axın etdiyi zəlzələ bölgəsində olan Dənizli xilasediciləri, Hatay mərkəzdə çalışdıqları zaman Saraykent Məhəlləsi 3011 küçəsində qəzaya uğrayan çantada xarici valyuta və kiçik bir çanta içərisində qızıl-zinət əşyaları aşkar ediblər.

Xilasetmə qrupları tərəfindən dağıntılar altından tapılan valyuta və qızıl-zinət əşyaları mühafizəyə götürülüb, akt tərtib edilərək aidiyyəti üzrə təhvil verilib.

Xilasetmə Müdiri Səməd Karateke verdiyi açıqlamada zəlzələdən sonra bölgəyə getdiklərini, axtarış-xilasetmə və yardım işləri apardıqlarını bildirib.

Dağıntılar içərisində iş zamanı xarici valyuta və qızıl-zinət əşyalarına rast gələndə vəziyyəti səlahiyyətlilərə bildirdiklərini izah edən Karateke, pul və qızılları qeyd edərək təhlükəsizlik qüvvələrinə təhvil verdiklərini bildirib.