Tarix açıqlandı: ABŞ İrana müdaxilə edib…backend

Tarix açıqlandı: ABŞ İrana müdaxilə edib…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına ardıcıl olaraq döyüş təyyarələrinin cəmləndiyi müşahidə edilir. İddialara görə, bu hərəkət regionda qeyri-adi hərbi hazırlığın əlaməti ola bilər. ABŞ-nin martın 20-21 tarixlərində İran ali dini rəhbəri Əli Xameneiyə qarşı hər hansı bir hərbi addım atmaq ehtimalı müzakirə edilir.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Yaxın Şərqə sonuncu dəfə belə hərbi aktivlik ABŞ-nin İraqa hərbi müdaxiləsi və Səddam Hüseynin devrilməsi öncəsi baş vermişdi. Əslində bu mənada, martın 20-21-də İran ali dini rəhbəri Əli Xameneiyə qarşı hər hansı bir hərbi addımın mümkünlüyü ilə bağlı iddalar səbəbsiz deyil.

Hazırkı vəziyyətdə ABŞ-nin hərbi fəallığı diplomatik nəticələrdən narazılıqla bağlıdır. Belə ki, Cenevrədə aparılan danışıqlarda ABŞ-nin təklifləri ilə İranın mövqeyi üst-üstə düşmür və Vaşinqton bu fərqi azaltmaq üçün hərbi mövqeyini nümayiş etdirməyə çalışır. Lakin real əməliyyatın həyata keçirilməsi üçün hələ çox erkəndir. Hərbi əməliyyatın miqyası, xərcləri və riskləri ABŞ rəhbərliyini ehtiyatlı olmağa məcbur edir.

İranın müqavimət potensialı, ölkənin hərbi təcrübəsi və strateji mövqeyi, hər hansı bir hərbi müdaxilənin nəticələrini proqnozlaşdırmağı çətinləşdirir. Üstəlik, regionun dini və sosial xüsusiyyətləri də əməliyyat planlarını çətinləşdirir. Ramazan ayının mövcudluğu kimi detallar, hərbi əməliyyatların vaxtını və təsirini məhdudlaşdıran əlavə faktorlar kimi çıxış edir.

ABŞ yalnız güc nümayişi ilə Tehranı təzyiq altında saxlamaq istəyir, lakin faktiki hərbi əməliyyat üçün şəraitin hələ yetişmədiyi açıqdır. Bu, həm də Vaşinqtonun strateji balansı qorumağa çalışdığına işarədir: diplomatik kanallar uğursuz olduqda hərbi təzyiqin perspektivi göstərilir, amma real əməliyyat yalnız risklər tam qiymətləndirildikdən sonra mümkün ola bilər.

Politoloq Turan Rzayev