Qubanın Qrız kəndində yerləşən Əbu Müslüm məscidi uçub-dağılmaq üzrədir.
NOCOMMENT.az demokrat.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim Elnur Nəciyev məlumat verib.
Bununla bağlı fotolar da xəbər saytlarında paylaşılıb və qeyd olunub ki, VIII əsrin yadigarı olan məscid Azərbaycanın 3 ən qədim məscidindən biridir. Tarixçi məscidin dağılma təhlükəsindən xilası üçün müvafiq dövlət qurumlarına müraciət edildiyini bildirib.