Tarixdə ilk: Rusiya ordusu bu dövlətlə anlaşma memorandumu imzalayıbbackend

Tarixdə ilk: Rusiya ordusu bu dövlətlə anlaşma memorandumu imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamboca və Rusiya Silahlı Qüvvələrinin komandanları anlaşma memorandumu imzalayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kambocanın “Khmer Times” portalı məlumat yayıb.

Kambocanın bəyanatında deyilir ki, iki ölkənin hərbi komandanları bərabərlik və qarşılıqlı faydaya əsaslanan daha sıx, davamlı və etimadlı etmək üçün əlaqələri gücləndirmək və genişləndirmək üçün anlaşma memorandumu imzalayıblar. Moskva və Pnompen ordular arasında əməkdaşlığı gücləndirməyə söz veriblər. Kamboca Kral Akademiyasının baş katibi Yan Peu vurğulayıb ki, Ukrayna münaqişəsinə baxmayaraq, ölkələr arasında hərbi əlaqələr möhkəm qalacaq.

Nəşrin məlumatına görə, bu, iki ölkə arasında tarixdə ilk hərbi müqavilədir. Kambocanı Kral Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini və ölkənin Kral Ordusunun komandanı Mao Sophan təmsil edib. O, Rusiyaya üç günlük səfərlə gəlib və Rusiya Quru Qoşunlarının baş komandanı, general Oleq Salyukovla görüşüb.