Tarixi liderin süni intellektlə hazırlanmış görüntüsü böyük maraq yaratdı – VİDEObackend

Tarixi liderin süni intellektlə hazırlanmış görüntüsü böyük maraq yaratdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may–dekabr 1918), görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin süni intellekt vasitəsilə hazırlanmış videosu sosial şəbəkələrdə geniş maraqla qarşılanıb.

NOCOMMENT.az xəbər verir ki, onun məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda istiqlal hərəkatının əsas şüarına çevrilmiş və bu gün də müstəqilliyin rəmzi kimi dəyərləndirilir.

Paylaşılan süni intellekt videosu qısa müddətdə çox sayda izləmə toplayıb, istifadəçilər isə Rəsulzadənin tarixi xidmətlərini yada salan bu görüntünü məmnuniyyətlə qarşılayaraq müxtəlif şərhlər yazıblar.

Həmin videonu təqdim edirik: