KoronaVirus İnformasiya Portalı
Tarixi stadionun sökülməsinə icazə verildibackend

Tarixi stadionun sökülməsinə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Mədəniyyət Nazirliyi “İnter” və “Milan” klublarının ev oyunlarını keçirdiyi “San Siro” stadionunun sökülməsinə icazə verib.

NOCOMMENT.az xəbər verir ki, 80 min azarkeş tutumuna malik arenanın mədəni irs statusu daşımadığı məlum olub.

Klubların yeni stadionu San-Siro rayonunda inşa olunacaq.

Qeyd edək ki, “San-Siro” stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək, hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə “Cuzeppe Meatsa” olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 – 1942-ci illərdə “Milan”da, 1946 – 1947-ci illərdə “İnter”də forma geyinib.  Report