İsveçrənin cənub-qərbində yerləşən Cenevrə şəhəri münaqişənin həlli üzrə Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsinin keçiriləcəyi məkana çevrilməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.
“Neytrallığını itirmiş İsveçrənin siyasətinə görə indi Cenevrə tədbir yeri ola bilməz”, – agentliyin mənbəsi bildirib.
Mayın 28-də Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, İsveçrə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu üçün məkan kimi nəzərdən keçirilir.
O, həmçinin qeyd edib ki, Moskva danışıqlar yeri kimi Belarusu təklif edib. Lakin Kiyev bu variantı rədd etdi, çünki guya “oradan raketlər uçurdu, qoşunlar içəri daxil olurdu”.
Zelenski deyib ki, Ukrayna danışıqlar üçün “neytral yerlərə” razılaşıb. O qeyd edib ki, bunlara Türkiyə, Vatikan və İsveçrə daxildir.