Dəməşq Suriyanın Rusiyadakı yeni səfirini təyin edəcək, respublikanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri Bəşər əl-Cəfari artıq geri çağırılması ilə bağlı bildiriş alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Səfirə Dəməşqdən bildiriş göndərilib, Moskvada yeni səfir olacaq”, – agentliyin mənbəsi qeyd edib.
Bir gün əvvəl Suriya Ərəb Respublikasının səfirliyi məlumat vermişdi ki, Bəşər əl-Cəfari missiyasını başa vurur və Dəməşq administrasiyasında vəzifəyə təyin olunub.