Təhlükəsizlik qüvvələri Rusnano-nun keçmiş rəhbəri Anatoli Çubaysın keçmiş müavinlərini saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Rusnano-nun keçmiş rəhbəri Anatoli Çubaysın müavinləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə işi çərçivəsində saxlanılıblar”, – agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, hazırda araşdırmalar və axtarışlar aparılır. “Saxlanılan şəxslərin statusu istintaq hərəkətləri zamanı müəyyən olunacaq”, – o, işin nə ilə bağlı olduğunu açıqlamayıb.