Ukrayna Silahlı Qüvvələri Sumı vilayətinin Basivka şəhərində əks hücuma cəhd edib. Ukrayna tərəfinin canlı qüvvəsi və texnikası məhv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.
“Düşmən iki M113 zirehli transportyorunun dəstəyi ilə qoşunlarımızın Basovkadakı mövqelərinə əks hücuma cəhd edib. Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası məhv edilib”, – onlar orada bildiriblər.