Taxıl sazişinin uzadılması ilə bağlı danışıqlar başladıbackend

Taxıl sazişinin uzadılması ilə bağlı danışıqlar başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cenevrədə Rusiya və BMT nümayəndələri arasında Ukrayna ilə imzalanan taxıl sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlar başlayıb.

NOCOMMENT.az xəbər verir, məlumatı “Reuters” agentliyi yayıb.

Danışıqlarda BMT rəsmiləri və Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin iştirak edir. Danışıqların başlanmasını Rusiya Federasiyasının BMT-dəki Cenevrə nümayəndəliyi də təsdiqləyib.

Agnetliyin məlumatına görə, ilkin razılaşmaya əsasən, taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqlar yalnız bir gün davam etməlidir, lakin lazım gələrsə, məsləhətləşmələr müddəti uzadıla bilər.

Taxıl müqaviləsi 2022-ci ilin iyununda bağlanıb və noyabrda uzadılıb. Ukrayna martın 18-də başa çatacaq müqavilənin daha bir il uzadılmasını təklif edir.