Tayvan 2026-cı ildən etibarən yeni nəsil Sky Bow IV zenit-raket komplekslərinin istehsalına başlayacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Taipei Times qəzeti adanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, ümumilikdə 122 ədəd texnikanın sifariş olunması nəzərdə tutulur. Onlardan 46-sı 2026-cı ildə, qalan 76-sı isə 2027-ci ildə Tayvan ordusuna təhvil veriləcək.
Qeyd olunur ki, komplekslər hava hədəflərinin, o cümlədən qanadlı və ballistik raketlərin 70 kilometrə qədər yüksəklikdə məhv edilməsi üçün nəzərdə tutulub.